Məmurların ən çox gözdən saldığı nazirliklər hansıdır? - ANALİZ

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb.
Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Media Təqib Mərkəzi nazirlikler ilə bağlı aprel ayı üzrə məlumatları təqdim edir.
2017-ci ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklər ilə əlaqəli 44940 xəbər yerləşdirilib. Bunlardan 43112-si neytral, 134-ü mənfi, 1694-ü isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasında “liderlər”:  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 xəbər – Azərbaycanda məmur yaşlı kişini təhqir edib, videoya çəkdi – video), Maliyyə Nazirliyi (32 xəbər – Samir Şərifovun başı dərddə- Maliyyə naziri növbəti dəfə hədəfə gəlib), Gənclər və İdman Nazirliyi (14 xəbər – Gənclər və İdman nazirliyində büdcə qanunsuzluqları aşkarlandı  rəsmi).)
Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (1149 xəbər – qanunsuzluqlar aşkar edilib), Kənd Təsərrüfatı Nazirliyi (251 xəbər- istirahət mərkəzlərində ayı və ceyranların qanunsuz saxlanılması aşkarlandı -), Fövqəladə Hallar Nazirliyi( 155 xəbər -Bakıda liftdə qalmış 11 nəfər xilas edildi).
Xəbər sayına görə sıralama:
1       Müdafiə Nazirliyi         6278 xəbər
2       Daxili İşlər Nazirliyi      6230 xəbər
3       Ekologiya və Təbii Sərvətlər Nazirliyi    4679 xəbər
4       Fövqəladə Hallar Nazirliyi   3432 xəbər
5       Mədəniyyət və Turizm Nazirliyi    2785 xəbər
6       Xarici İşlər Nazirliyi      2525 xəbər
7       Təhsil Nazirliyi    2478 xəbər
8       Ədliyyə Nazirliyi 2359 xəbər
9       İqtisadiyyat Nazirliyi    2334 xəbər
10     Səhiyyə Nazirliyi         1990 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 5345 xəbər dərc edilib. Bunlardan 5273-ü neytral, 72-si isə müsbət xəbərdir.
Müsbət xəbərlər arasında lider: Daxili İşlər Nazirliyi (67 xəbər – qanunsuzluqlar aşkar edilib), Kənd Təsərrüfatı Nazirliyi (5 xəbər – yararsız heyvan cəmdəyi zərərsizləşdirilib).
Xəbər sayına görə sıralama:
1       Daxili İşlər Nazirliyi       724 xəbər
2       Mədəniyyət və Turizm Nazirliyi    719 xəbər
3       Müdafiə Nazirliyi         477 xəbər
4       İqtisadiyyat Nazirliyi    418 xəbər
5       Xarici İşlər Nazirliyi      409 xəbər
6       Təhsil Nazirliyi    385 xəbər
7       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 306 xəbər
8       Ədliyyə Nazirliyi 284 xəbər
9       Ekologiya və Təbii Sərvətlər Nazirliyi    280 xəbər
10     Vergilər Nazirliyi 276 xəbər
Aprel ayında televiziya kanallarında nazirliklər haqqında 2904 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1       Mədəniyyət və Turizm Nazirliyi    550 xəbər
2       Müdafiə Nazirliyi         371 xəbər
3       Gənclər və İdman Nazirliyi  302 xəbər
4       Kənd Təsərrüfatı Nazirliyi    291 xəbər
5       Təhsil Nazirliyi    231 xəbər
6       Vergilər Nazirliyi 196 xəbər
7       İqtisadiyyat Nazirliyi    176 xəbər
8       Xarici İşlər Nazirliyi      159 xəbər
9       Ekologiya və Təbii Sərvətlər Nazirliy     123 xəbər
10     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 105 xəbər.  (A24.az)