MƏMURLARI TƏHQİR EDƏNLƏR CƏRİMƏLƏNƏCƏK - Parlament qərar çıxardı

Baxış sayı:
6046

Rusiya parlamenti çərşənbə günü onlayn məkanda rəsmiləri təhqir edən və ya saxta xəbər yayan insanlara yeni cərimələri təsdiqləyib. Onlar tənqidçilərin bu addımın dövlətin müxalif səsləri birbaşa senzura etməsinə gətirib çıxara biləcəyinə dair xəbərdarlıqlara əhəmiyyət verməyib.

Rusiya dövləti ilə bağlı pis nə isə söyləsəniz, böyük cərimələrlə üzləşə bilərsiniz.

Rusiya parlamenti internetdə dövlətə qarşı “açıq-aşkar hörmətsizlik” sərgiləyən insanları 100 min rubl, yəni 1500 dollaradək cərimə tətbiq edəcək qanun layihəsini təsdiq edib.

Bundan əlavə internetdə saxta məlumat yayan insanlar da bundan üç qat artıq cərimə ilə üzləşə bilər.

Hökümət bildirir ki, qanun layihəsi son hadisələrdən sonra saxta xəbər problemini həll etmək üçün qəbul olunub. Bu hadisələrdən biri bir blogerin Sibirdə alış-veriş mərkəzində baş verən yanğında ölən insanların rəqəmini şişirtməsi olub.

Lakin tənqidçilər deyir ki, cərimələr hökümət tərəfindən müxalif səslərin birbaşa senzurasına gətirib çıxara bilər.

Rusiyanın insan haqları şurası və yüzdən çox yazıçı, şair, jurnalist və insan haqları fəallarından ibarət bir qrup parlamentin yuxarı palatasını qanunu rədd etməyə çağırıb.

“Qanunlar o qədər qeyri-müəyyəndir ki, onlardan ixtiyari istifadəyə yol aça bilər. Onların istifadə etdiyi terminologiya hüquqi deyil. Bir insanın qəsdən saxta məlumat yaydığına, məhkəmədə insanın və ya mətbuat orqanının yaydığı informasiyanın saxta olduğunun sübutuna dair terminologiya aydın deyil”, Rusiya İnsan Haqları Prezident Şurasının üzvü Yekaterina Şulman bildirir.

Kreml bu qanun layihəsinin senzuraya bərabər olduğunu inkar edib.

Qanun layihələri təsdiq olunmaq üçün prezident Vladimir Putin tərəfindən imzalanmalıdır.