Məmurları döyən futbolçular şöbəyə çağırıldı - VİDEO

Baxış sayı:
466

Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayev xoşagəlməz insidentin iştirakçıları olublar.

Rusiya mətbuatı xəbər verir ki, futbolçular Moskvanın mərkəzindəki kafelərin birində Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysinlə münaqişəyə giriblər.

Dava-dalaşa çevrilən mübahisənin ardından Kokorin stulu Pakın başına çırpıb, yumruqla üzünə zərbə endirib. Şahidlər futbolçuların içkili olduğunu iddia edir. Mamayevin həyat yoldaşı Alana içkili olan oyunçuların hərəkəti üçün üzr istəyib.

Hadisədən sonra zərərçəkmiş məmurlar xəstəxanaya çatdırılıb, futbolçular isə kafeni tərk edib. Pakın vəkili müştərisinin kəllə-beyinixəsarəti aldığını, məsələ ilə bağlı cinayət işinin başladığını açıqlayıb. Hadisənin irqçi zəmində baş verdiyi bildirilir.

Sabah futbolçuların polis bölməsində izahat verəcəkləri gözlənilir./publika.az