​Məmurlar haqqında ən çox yazan saytlar – ÖTƏN HƏFTƏ DAHA ÇOX HANSI MƏMURLAR HƏDƏFDƏ OLUB?

Baxış sayı:
14331

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlməkdədir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd edək ki, 16-23 iyul 2018-ci ildə təhlil üçün əldə edilən 80 məlumat ümumilikdə 40 elektron KİV-də yayılmışdır. Onlardan 24-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində 16 elektron KİV arasında yenə də xalqxeber.az saytı ən çox bu kimi məlumatları paylaşmışdır. Paylaşdıqları məlumatlardan 5-i ilk dəfə bu saytda verilmişdir.
Ümumilikdə, saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur:

 

Qeyd: Cədvəllərin ayrı-ayrılıqda təhlili ilə bağlı az sonra daha ətraflı məlumat verəcəyik.

Muxalifet.az