​Məmurlar haqda ən çox yazan saytlar... – ÖTƏN HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
6724

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik. Qeyd edək ki, 19-25 iyun 2018-ci ildə həftəlik təhlil üçün əldə edilən 61 məlumat ümumilikdə 36 elektron KİV-də yayılmışdır. Onlardan 29 saytda bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində 7 elektron KİV arasında Xalqxeber.az ən çox bu kimi məlumatları paylaşmışdır. Paylaşdıqları məlumatlardan 5-i ilk dəfə bu saytda verilmişdir. Ümumilikdə, saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur: Muxalifet.az