Məmurlar haqda ən çox hansı saytlar yazır? - STATİSTİKA

Baxış sayı:
14022

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Onu da bildirək ki, bu həftədən etibarən məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik. Diqqətinizə çatdıraq ki, həftəlik (27.11-03.12.2017) təhlil üçün əldə edilən 121 məlumat ümumilikdə 41 elektron KİV-də yayılıb. Onlardan 14-də bu məlumatlardan yalnız biri paylaşılıb. Həftə ərzində digər 27 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:

Keçən həftə ərzində ən çox bu tip məlumatları paylaşan xalqxəbər.az  saytı olub. Qeyd edək ki, bu saytın paylaşdığı 14 məlumatdan 3-ü  ilk dəfə olaraq bu KİV-də işıq üzü görüb. Bu məlumatlardan 2-si  daha sonra digər saytlar tərəfindən tirajlanıbdır.
Belə ki, “Mikayıl Cabbarov Vaqif Abdullayevə necə yenildi”“AzTV sədri “Arif Alışanovun işi” Prezidentin nəzarətində” yazıları xalqxəbər.az -dan başqa heç bir saytda verilməyib. “Kəmaləddin Heydərovun balıq biznesinə əl qoyuldu – Rəsmi fakt” başlıqlı yazı isə daha 2 saytda paylaşılıb. Buardan isə belə qənaətə gəlmək olur ki, bu saytın digər elektron KİV-lərin paylaşdığı bu kimi məlumatları yaymaqda çox böyük həvəsi var...

Muxalifet.az