Məmurlar haqda ən çox bu sayt yazır... – HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
9196

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.
Qeyd edək ki, həftəlik (15 -21 yanvar) təhlil üçün əldə edilən 173 məlumat ümumilikdə 76 elektron KİV-də yayılmışdır. Onlardan 36-da bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 40 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir:
 
Bu həftədə ərzində yenə ən çox bu tip məlumatları paylaşan xalqxəbər.az  saytı olmuşdur. Bu saytın paylaşdırğı 15 məlumatdan 4-ü  ilk dəfə olaraq burada dərc olunmuşdur.
Saytın paylaşdığı məlumatlardan ilk bu sayıtda çıxan məqalələlərdən 2-si məmurlar bölməsində Güləş Federasiyasının prezidenti, keçmiş Vergilər Naziri Fazil Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevə, biri Milli Məclisin deputatı İqbal Məmmədova və biri isə İcra Başçıları bölməsində Laçın rayon icra başçısı Aqil Nəzərliyə aid olmuşdur.

Muxalifet.az