​“MƏMURLAR BU HƏBSLƏRDƏN NƏTİCƏ ÇIXARMALIDIR” - Yevlaxın icra başçısından xəbərdarlıq

Baxış sayı:
2800

Yevlax Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, əlaqədar təşkilat rəhbərlərinin də iştirak etdiyi müşavirədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirilən işlər bir daha müzakirə olunub, görülən işlərə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev respublika ərazisində aparılan kompleks tədbirlərdən, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. İcra başçısı bildirib ki, dövlət rəhbəri tərəfindən ölkədə korrupsiyaya və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılır: "Proses göz qabağındadır. Məmurlar bütün bunlardan nəticə çıxarmalıdırlar".
Bununla yanaşı o, vətəndaşların ödənişli ictimai işlərə cəlb edilməsi, eləcə də aztəminatlı ailələrə yardımların göstərilməsi məsələlərinin rayon hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.