“Məmur özbaşınalığına görə zülm, əziyyət çəkirik” – UCAR SAKİNLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT / VİDEO

Baxış sayı:
7165

Ucar rayonu Müsüslü kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirir ki, Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanovun və bələdiyyə sədri Tahir Kərimovun fəaliyyətsizliyi nəticəsində kəndin problemləri günü-gündən artmaqdadır: “Buna görə sakinlər çox-çox əziyyət çəkirlər. Belə ki, Ucar rayonu Müsüslü kəndi Bak-Qazax magistral yolunun kənarında yerləşir. Kəndin iri və xırda buynuzlu heyvanlarının örüş yerləri və orta məktəb Bakı-Qazax magistral yolunun əks istqamətində yerləşir deyə, yeraltı keçidin olmamasına görə tez-tez faciə ilə üzləşirik. Hər gün səhər saatlarında kəndin naxırı və məktəblilər magistral yolundan əks istiqamətə keçib, axşam saatlarında qayıdırlar. Həmin vaxt yüksək sürətlə hərəkət edən avtomobillər heyvanları və şagirdləri vuraraq öldürür. Oxşar hadisələr çoxlu sayda baş versə də, heç bir tədbir görülmür. Hətta bu yolda piyada keçidinin olmamasına görə, iki məktəbli uşağı avtomobil vurub öldürmüşdü. Qoyulan piyada keçidi isə yararsızdır. Həmin keçidə kanalizasiya suyu axıdılır, qaz borusu keçirilib ki, bu, insan həyatı üçün ciddi təhlükədir. Hansı ki, qaz kəmərinin keçirilməsi üçün dövlət tərəfindən torpaq ayrılmışdır. Bakı-Qazax magistral yolunun çəkilişi zamanı genişləndimə məqsədi ilə yolun kənarında sakinlərə məxsus torpaq sahələri dövlət tərəfindən pul verilib alınsa da, hələ həmin hasarlar sökülməyib, yolun kənarı darsqal olaraq qalıb. Biz üzləşdiyimiz bu problemin həll edilməsi üçün “Azərbaycan Avtomobili Yolları” ASC-nin sədri Saleh Məmmədova ərizə ilə müraciət etsək də, heç bir tədbir görməyib. Kəndin əkin torpaqlarının suvarılması üçün su arxları, su kanalları lildən, qamışdan, koldan-kosdan təmizlənmir deyə su üzünə həsrət qalmlşıq. Əkinlərimiz susuzluqdan məhv olur. Kəndin örüş torpalarını bəzi imkanlı şəxslər zəbt edib, təyinatı dəyişdirilmədən orada əkinçilik ediblər. Bu isə ciddi qanunsuzluqdur ki, şəraiti kənd icra nümayəndəsi Fuad Bəbirxanov və bələdiyyə sədri Tahir Kərimov yaradıblar. Müsüslü kəndinə heç bir diqqət edilmir, kənd sakinləri məmur özbaşınalığına görə zülm, əziyyət çəkir. Mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən və digər yüksək vəzifəli şəxslərdən xahiş edirik, şikayət ərizəmizdə göstərdiyimiz faktları kənd sakinlərinin iştirakı ilə yerində araşdırıb, qanunu və ciddi tədbirlər görəsiniz. Şikayət məktubuna Ucar rayonu Müsüslü kəndinin aşağıda adları qeyd olunan sakinləri imza atıb: 1. Dəmirov Səfər Oruc oğlu 2. Babaşov Əlisahib Ağabala oğlu 3. Babaşov Teymur Babaş oğlu 4. Mikayılov Şirvan Şakir oğlu 5. Məmmədov Daşqın Mehman oğlu 6. İsmayılov Zamiq Məhbus oğlu (050) 442-53-10 7. Cavadov İlqar Gülamət oğlu 8. İsmayılov Nüsrət Namət oğlu Əlaqə telefonu; (050) 678-86-94 9. Hümbətov Elnur Vaqif oğlu 10. Məmmədov Cəlil Çingiz oğlu 11. Vəliyev Elvin MMMirzə oğlu 12. İsmayılov Kamil Yasin oğlu 13. İsmayılov Elnur Tahir oğlu 14. Allahverdiyev Əmrah Ərzuman oğlu 15. Hümbətov Vaqif Mahmud oğlu 16. İsmayılov Bəhram Həsən oğlu 17. Tapdıqov Taleh Xaqani oğlu”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.