Məmmədyarov və Mnatsakanyan Bratislavada görüşəcəklər - ERMƏNİSTAN XİN BƏYANATI

Baxış sayı:
7042

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub. Muxalifet.az rus mətbuatına istinadən bildirir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.