MƏMMƏDYAROV KASPAROVU MƏĞLUB ETDİ: Cəmi yeddi gedişə qələbə!

Baxış sayı:
65705

Xorvatiya “Grand Chess Tour” turnirlər seriyasının üçüncüsü hesab olunan şahmat turnirinə ev sahibliyi edir.

Burada azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edir.

Rapid növündə qüvvəsini sınamış şahmatçılar, bu gün blits üzrə turnirdə iştirak ediblər.

Çempionatda Şəhriyar Məmmədyarovun rəqiblərindən biri də keçmiş dünya çempionu Harri Kasparov olub.

Şahmatçımız altıncı turda qarşılaşdığı rəqibinə cəmi yeddinci gedişdə qalib gəlib.

Qeyd edək ki, rapid üzrə doqquz, blits üzrə isə altı turdan sonra Şəhriyar Məmmədyarovun aktivində 12 xal var və şahmatçımız altıncı pillədə qərarlaşıb.