Məmmədyarov erməni nazirlə görüşə hazırdır - XİN AÇIQLADI
14-11-2018 11:49
Baxış sayı:
6670
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibət bildirib.
XİN-dən Muxalifet.az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.
"ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".