Məmmədyarov erməni həmkarı ilə görüşmək üçün Bratislavaya yollandı

Baxış sayı:
583

Xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərinə yola düşüb. XİN-dən Muxalifet.az-a verilən məlumata görə, E. Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak edəcək. Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş də olacaq.