​Məmmədyarov bir sıra görüşlər keçirdi

Baxış sayı:
5086

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən konfransı çərçivəsində Qabon Respublikasının xarici işlər naziri Noel Nelson Messone, Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Çerif, Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho, Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat, Sudan Respublikasının xarici işlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamed və Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə Bakı konfransında müzakirə olunan aktual mövzular, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə ediblər.