Məmmədovlar ailəsi Almaniyada ağır güzaranda - 15 AİLƏYƏ BİR PALTAR YUYAN MAŞIN...

Baxış sayı:
874

Məmmədovlar ailəsi yeddi ildir Şimali Reyn-Vestfaliyada yerləşən Almaniyanın regional mərkəzi Mettmannda qaçqın sığınacağında yaşayır.  

"Schaufenser Mettmann" nəşri yazır ki, Şirinbacı və Ayaz Məmmədovlar 3 övladı və ərinin qardaşı ilə birgə cəmi 52 kv.m ölçüdə olan kiçik mənzildə yaşayırlar. Nəşr koronavirus pandemiyası zamanı karantin şəraitində belə məhdud məkanda yaşamaq Məmmədovlar ailəsi üçün əsl stress-testinə çevrildiyini yazır.

Şirinbacı və Ayaz Məmmədov 2014-cü ildə Macarıstandan Almaniyaya köçürlər. Gəldikdən sonra onlar qaçqın sığınacağına yerləşdirilib və hələ də orada yaşayırlar. 2018-ci ildə cütlüyün daha bir oğlu olub.

"Bəli, burada hər mənzilin öz hamamı var, amma insanlar çox məhdud məkanda yaşayırlar" - deyə inteqrasiya proqramının rəhbəri Martin Sahler azərbaycanlı ailəsinin yaşadığı evdən danışıb.

Binada nəm və kif problemləri var. Bundan əlavə, 30 ailə iki paltaryuyan maşını paylaşır ki, bu da tez-tez mübahisələrə və münaqişələrə səbəb olur. Buradakı şəraitdən ən çox uşaqlar əziyyət çəkirlər.

"Uşaqların oynamaq imkanı, oynamaq üçün yer yoxdur, dostlarını dəvət edə bilmirlər", - Şirinbacı Məmmədova deyir.

 Məmmədovların COVID-19 üçün analiz cavabının nəticələri pozitiv olduqda, üç həftə mənzildən çıxmalarına icazə verilmədi. Qəzet yazır ki, bu ailə üçün böyük bir sınaq idi. Səkkiz və on üç yaşlı oğlanlar məktəbə gedə bilmədilər və ailənin noutbuku olmadığından cib telefonu vasitəsilə onlayn dərs oxumaq məcburiyyətində qalıblar.

 Binada internet var, amma həmişə işləmir. Martin Sahler deyir ki, şəhər rəsmiləri bu yaxınlarda internetin yaxşı işləyəcəyini vəd ediblər. Şəhərdən Şirinbacı Məmmədovanın övladlarına noutbuk almaq üçün 350 avro da ayrılıb. Qadın özü də tibb bacısı kurslarına gedir və tezliklə imtahan verməli olduğu üçün onlayn təhsil alması və onlayn təlimlərdə iştirak etməsi lazımdır. Qəzet yazır ki, ailənin Almaniyada qalması Şirinbacı Məmmədovanın imtahanlardan nə dərəcədə uğurla keçməsindən asılıdır. Çünki Məmmədovlar ailəsinin üzvləri yalnız təhsillərini uğurla başa vurduqda və sonrakı işlərində daimi yaşayış icazəsi alacaqlar. Şirinbacı çox motivasiyalı olduğunu və uğuruna inandığını söyləyir.

Nəşr Məmmədovlar ailəsinin mənzil probleminin qaldığını və bunun yaxın gələcəkdə həll ediləcəyinə dair bir işarənin olmadığını da yazır.

"Bu sığınacaqdakı insanlara kömək etmək üçün Mettmannda kifayət qədər dövlət maliyyəmiz və uyğun yaşayış yerimiz yoxdur", - M. Sahler əlavə edib.

Onun sözlərinə görə, şəhər səlahiyyətliləri qaçqın sığınacağındakı vəziyyəti noyabr ayına qədər təsirsiz hala gətirmək üçün çalışır.

"Bunların hamısı yaxşıdır, amma bu xüsusi işə daha çox diqqət yetirilməsini istəyirəm", - Sahler qeyd edib.

“Bu ailə həyatda perspektivli olmaq üçün hər şey edir. İşə gedir, uşaqlara baxır. Çalışırlar, amma həyat onlar üçün əsassız dərəcədə çətindir. Səylərinə görə mükafatlandırılsalar yaxşı olar", - ailənin qayğısına qalan xeyriyyə təşkilatının sosial işçi Reza Mokhref Məmmədovlar haqda danışarkən deyib.

Virtualaz.org