“Əməliyyatları Rusiya əngəlləyir” – ABŞ-dan İDDİA
“NBC News”-da yer alan xəbərə görə, Rusiya, siqnal kəsici jammerlərlə ABŞ-a aid pilotsuz İHA-ların Suriyadakı əməliyyatlarına mane olmağa başlayıb.
Amerika Birləşmiş Ştatları, Şərq Gutadaki kimyəvi hücum iddialarından sonra Suriyaya hərbi müdaxilə siqnalları verərkən, Rus ordusunun da bu ehtimala qarşılıq hərəkətə keçdiyi iddia edilir.
“NBC News”-un xüsusi kod ilə yaydığı xəbərə görə, Rusiyaya bağlı qüvvələr bir neçə həftə əvvəl ABŞ-a aid İHA-lara jammer köməyi ilə siqnal getməsini əngəlləməyə başlayıb. NBC-nin dörd Amerikalı nümayəndəyə əsaslandırdığı xəbərində, Rusiyanın bu həmləsinin səbəbinin, son həftələrdə Şərq Gutada kimyəvi silah istifadə edildiyinə qarşı iddiaların artması və ABŞ-ın buna qarşılıq verəcəyi xofu olduğu irəli sürülüb.
Xəbərdə, Rusiyanın bu yolla ABŞ-ın Suriyadakı bir çox hərbi əməliyyatını əngəllədiyi məlumatına yer verilib. Pentaqon sözçüsü, hərbi əməliyyatların təhlükəsizliyi səbəbilə jammerlərin insansız hava vasitələrinin düşməsinə səbəb olub, olmadığına isə şərh verməyib.
Müxalifət.az