Əməliyyat öncəsi Əsəddən Türkiyəyə qarşı həmlə!

Baxış sayı:
5644

 Suriyanın xarici işlər nazirinin müavini Eymen Susan Türkiyənin Fəratın şərqinə yönəlik əməliyyatına qarşı terror təşkilatı YPG ilə danışıqları intensivləşdirdiyinı açıqlayıb.
 
Dəməşqdə “Reuters”-ə açıqlama verən Susan, "Kürdlər Suriya xalqının ayrılmaz hissəsidir" deyərək belə davam edib:
 
“Türkiyənin mümkün hərəkatına qarşı"
“Bir sıra çətin məsələni dialoq yolu ilə həll etdiyimizdən əminik. Bu dialoq Suriyanın ərazi bütövlüyü və xalqının birliyi prinsipini əsas aldığı müddətdə zəmanət altındadır".
Suriya hökuməti ilə Suriyanın şimalındakı terror təşkilatı YPG arasında dialoqun davam etdiyini və Türkiyənin ehtimal olunan hərəkatına qarşı son dövrdə genişləndiyini təsdiq edən Susan, intensivləşdirilmiş dialoqun, "xüsusilə də Türk rejiminin siyasətinə yol açan işğalçılıq arzuları kimi çətinliklər qarşısında" mühüm olduğunu deyib.
 
“Dalana dirənməyəcəyinə əminəm”
 
 Daha əvvəl Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad da Türkiyənin ehtimal olunan hərəkatına qarşı kürdlərlə görüşdüklərini və bu dəfə daha əvvəlki görüşlər kimi, dalana dirənməyəcəklərini əmin olduğunu bildirmişdi.
“Reuters”-ə açıqlama verən Moskvaya gedən kürd nümayəndə heyətindən bir səlahiyyətli, öz içlərində Suriya prezidenti Bəşər Əsədlə razılığa gəlmək üçün qərar verdiklərini, bunun üçün yol xəritəsini Moskvaya təqdim etdiklərini və Rusiyanın vasitəçiliyini tələb etdiklərini söyləmişdi.
Qeyd edək ki, prezident Tayyib Ərdoğan və nazirləri isə Münbiç və Fəratın şərqinə ehtimal olunan hərəkat üçün ABŞ qüvvələrinin çəkilməsini gözləyəcəklərinin mesajını vermişdi.
Müxalifət.az