Əməliyyat məlumatı terror TƏŞKİLATINA NECƏ SIZDI?

Baxış sayı:
6643

PKK/PYD-nin rəhbərliyinə aid 25 nəfərin ötən həftə Afrində iclas keçirəcəyi ilə bağlı kəşfiyyat məlumatı gələn kimi pilotsuz SİHA və İHA-lar havaya qalxıb. Ancaq iclas birdən dağılıb. Təşkilat rəhbərləri qaçıb, planlaşdırılan əməliyyat da ləğv edilib. Bir türk kəşfiyyat səlahiyyətlisi, təşkilat rəhbərlərinin toplantının müəyyən edildiyini öyrəndiklərini və bu yöndə əməliyyat məlumatı sızıntısının olduğunu bildirib.
 
İCLASLA BAĞLI KƏŞFİYYAT MƏLUMATI
 
Yerli mənbələrdən gələn məlumata görə, terror təşkilatının üst səviyyəsində yer alan 25 nəfərlik bir qrup Afrində iclas keçirmək üçün toplanıb. Meydançadan gələn kəşfiyyat məlumatı nəticəsində dərhal pilotsuz SİHA və İHA-lar axşam saatlarında havaya qalxıb.
Verilən koordinatlar üzərində uçuşa başlayıb və kəşfiyyat məlumatının doğruluğu məlum olduqda əməliyyat üçün düyməyə basılıb.
Ancaq iclas birdən birə dağılıb.
Təşkilat rəhbərləri, müxtəlif istiqamətlərə qaçaraq izlərini itiriblər.
 Kəşfiyyat məlumat sızıntısının bəlli olduğu üzə çıxınca əməliyyat ləğv edilib.
Türk kəşfiyyat səlahiyyətlisi, toplantıda iştirak edən təşkilat rəhbərlərinin, toplantının TSQ tərəfindən müəyyən edildiyini öyrəndiklərini bildirib.
 
KƏŞFİYYAT MƏLUMATINI KİM SIZDIRDI?
 
Türk kəşfiyyat səlahiyyətlisinin bildirdiyinə görə, məlumat sızıntısını və pilotsuz İHA və SİHA-ların qalxdığını regionda fəallığı olan ölkələr edə bilər.
Səlahiyyətli, bu ölkələrin bəzilərinin təşkilata kəşfiyyat məlumatı verdiyini təsdiq edib. Sızıntıda adı şübhəli ölkə əslində məlumdur, bu ABŞ-dır.
Türkiyənin strateji tərəfdaşı, NATO müttəfiqi ABŞ ilə silahlandırdığı və dəstəklədiyi YPG səbəbi ilə yaşadığı problemlər də ortadadır.
Bu faktın özü də göstərir ki, Türk əsgərinin qarşısında yalnız silahlı terror qrupu yoxdur və müharibə təkcə meydançada aparılmır.
Bir çox ölkənin təsirinin olduğu bölgədə, xarici qüvvələrin dəstəklədiyi bir təşkilata qarşı mübarizə aparılır.
Müxalifət.az