​Əməliyyat başladı: Dənizə çıxan 2 balıqçının həyatı təhlükədə

Baxış sayı:
421

Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.
Dövlət Dəniz Agentliyindən verilən məlumata görə, daxil olan məlumatda sahildən 10 km məsafədə qayığın hərəkətvericisi xarab olduğundan su axınının balıqçılar olan qayığı açıq dənizə doğru apardığı bildirilib.
“Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir”, - məlumatda qeyd olunub.