Məktəblərdə tətil mayın 1-dək uzadılacaq? - İKİ RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2172

Təhsil Nazirliyi məktəblərdə tətil müddətinin may ayının 1-dək uzadılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov iddiaları təkzib edib.

"Nazirlər Kabineti yanında Operativ qərargahın adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır. Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin", - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da analoji açıqlama verib. İ. Məmmədov deyib ki, bu, tamamilə yanlış xəbərdir: "Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılması müddətinin mayın 1-nə qədər uzadılması barədə yayılan xəbər həqiqəti əks etdirmir"./Virtualaz.org