Məktəbli bacılar analarına görə evdən qaçıblar - DİN rəsmisi

Baxış sayı:
13132

Gəncədə 14 və 9 yaşlı iki bacı itkin düşüb. 2005-ci il təvəllüdlü Nipalıyeva Pərvanə Samiddin qızı və bacısı, 2010-cu il təvəllüdlü, 1-ci sinif şagirdi Nipalıyeva Ceyran Samiddin qızı aprelin 5-də səhər saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, bacıların itkin düşməsi ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən lazımı tədbirlər həyata keçirilir və yaxın günlərdə onların yerləri müəyyən olunaraq ailələrinə təhvil veriləcəklər. 
“Onlar nizam-intizama riayət edən uşaqlar olmayıblar. Əvəllər də evdən gedib, sonra qayıdıblar. Bu dəfə isə anaları ilə aralarında söz-söhbət olub. Bu səbəbdən evdən gediblər. Qızların ataları yoxdur. Anaları ilə aralarında baş verən anlaşılmazlıq qızların tez-tez evi tərk etməsinə səbəb olub. Hazırki yoxaçıxma da valideyn nəzarətsizliyinin nəticəsidir”, -deyə E. Zahidov vurğulayıb. 
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.