Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Rusiyanın Maqadan vilayətində uşaqların məktəb yeməkxanasında zəhərlənməsi faktı qeydə alınıb.
Trend-in məlumatına görə, Maqadan vilayət Səhiyyə İdarəsi artıq zəhərlənmə faktı qeydə alınan 30 saylı məktəbdə yoxlamaya başlayıb.
Son məlumata görə, hazırda xəstəxananın infeksion şöbəsində 9-16 yaş arası 8 uşaq müalicəsini davam etdiri. Daha bir neçə uşaq müalicəsini evdə davam etdirir.