Məktəbdə 14 yaşlı şagird başından güllələndi - VİDEO

Baxış sayı:
16462

Məktəbin akt zalında təşkil olunan tamaşanın məşqləri zamanı faciə baş verib.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, olay Rusiyanın paytaxtı Moskva şəhərindəki məktəblərin birində yaşanıb.
 
Belə ki, tamaşanın məşqi zamanı adam öldürmə səhnəsində bilmədən pnevmatik silahdan istifadə olunub. Açılan atəş nəticəsində silahdan çıxan plastik güllə 14 yaşlı Nikita adlı oğlanı başından yaralayıb.
 
O, təcili olaraq xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, Nikitanın vəziyyəti ağırdır.
 
Məktəbin müdiri isə hadisəni təkzib edərək, oyuncaq silahdan istifadə olunduğunu söyləyib.