Məktəb yeməkxanasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 40 nəfər xəstəxanaya aparıldı

Baxış sayı:
313

Ukraynanın Vinnitsa bölgəsində məktəb yeməkxanasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Ukrayna Dövlət Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, məktəb yeməkxanasında yemək yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı 40 nəfərə çatıb.

"14-16 sentyabrda Kazatin şəhər 2 nömrəli orta məktəbin yeməkxanasında yemək yeyən 40 nəfər (35 uşaq daxil olmaqla) kəskin qastroenterokolitin ilkin diaqnozu ilə mərkəzi rayon xəstəxanasının yoluxucu şöbəsinə çatdırılıb", - məlumatda bildirilir.//publika