Məktəb direktoruna hökm oxunub

Baxış sayı:
160

Mənimsəmədə təqsirləndirilən məktəb direktoru Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Laçın rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Məmmədov 4 min manat cərimələnib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsində onun barəsində hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S. Məmmədov Laçın rayon 37 saylı məktəbin direktoru olub. O, direktoru olduğu dövrdə ümumilikdə 8 min manatdan çox məbləği vəzifəsindən istifadə edərək mənimsəyib. İstintaq və məhkəmə dövründə o, dəymiş ziyanı ödəyib.