Məktəb direktoru şagirdin qızıl medala təqdimatını niyə verməyib? – VALİDEYNİ ŞİKAYƏT EDİR

Cəlilabad rayon Göytəpə sakini Qurbanova Südabə Feyzulla qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə təshil naziri Mikayıl Cabbarova müraciət edən şikayətçi yazır:
“Qızım Qurbanova Nüranə Etibar qızı bu il Cəlilabad rayon Göytəpə 1 saylı tam orta məktəbin 11-ci sinfini bitirdi. O, iki dəfə "ədəbiyyat bilicisi" müsabiqəsində qalib olmuşdur. Keçən il 4-cu yeri, bu il isə 3 yeri tutub. İllik qiymətləri bütün fənlərdən 5 (əla) olubdur. Məkətəbi bu cür bitirənlərə qanunla qızıl medal və xüsusi nümunəli attestat verilir.
Məktəbin direktoru Seymur Cəfərovun səhlənkarlığı və ya savadsızlığından, yəni may ayında təqdimatı göndərilmədiyindən Nuranəyə qızıl medal verilmir. Qızım bu medalı illərdir yataq xəstəsi olan atasına hədiyyə edəcəkdi.
Cənab nazir, son ümidimiz sizsiniz. Sizdən bir ana kimi xahiş edirəm ki, bizə kömək edəsiniz”.
 
Muxalifet.az
 
Redaksiyadan: Barəsində şikayət olunan məktəb direktoru Seymur Cəfərovun mövqeyini dərc etməyə hazırıq.