MƏKTƏB DİREKTORU HAQQINDA ŞOK İDDİA – “Qızımın sinəsinə baxıb, deyib ki, aç baxım…”

Baxış sayı:
1933

Ucar rayonu, Pirkənd kənd sakini, 3-cü qrup gözdən əlil Həşimov Elmin Yaşar oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə,  Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Təhsil naziri Emin Əmrullayevə müracət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Ucar rayonu, Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayev mənim 8-ci sinif şagirdi olan 14 yaşlı qızım Nurtaca əxqlaqsız hərəkətlər təklif edib. Buna görə Ucar Rayon Polis Şöbəsinə şikayət etmişik.
Belə ki, 2007-ci il tarixdə anadan olmuş qızım Nurtac Ucar rayonu Pirkənd kənd tam orta məktəbin 8-ci sinifində oxuyur. 25 may 2021-ci il tarixdə dərsdə olan zaman qızım Nurtacı direktor Tapdıq İsayev öz otağına çağırıb. Qızım Nurtac direktorun otağına daxil olanda ona deyib ki, qapını ört yaxın gəl. Direktor qızıma deyib ki, valideyinlərin kasıbdır, ancaq onlar bilməsin, sənin oxumağına mən kömək edəcəm, sənə yaxşı qiymətlər yazdıracam, ali məktbə daxil olmağına köməklik göstərəcəm. Sonra direktor uşağın sinəsinə baxıb gözü ilə işarə edib deyib ki, sinəni aç baxım. Uşaq qorxub qaçıb, gəlib girib sinfə. Sinif müəllimi nə olduğun soruşanda qızım ondan icazə alıb ki, evə gedirəm. Evə ağlaya-ağlaya gəlib əhvalatı anasına danışıb. Anası deyib ki, bu barədə atana demə, atan onu öldürər.

Tapdıq İsayev
Hətta məktəbli kiçik oğlum bunu eşidib, intihar etmk  istəyib. Mən bunu eşidib sarsıntı keçirdim. Qoca atam mənə yalvardı ki, özünü ələ al, səbrli ol. Atam direktoru görüb, ona sözün deyib, onun üzünə tüpürüb. Hərçənd ki, o, etdiyi əxlaqsız hərəkti boynuna almayıb.
Biz Ucar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişik. Polis rəisi əvəzi İlham müəllim məni də, azyaşlı qızımı da çağırıb dindirdi, izahat aldı.
Ucar rayon Təhsil Şöbəsinin müdiri Rauf Məmmədovun bu barədə məlumatı olsa da heç bir tədbir görməyib. Çünki o, əxlaqsızlıqla məşğul olan məktəb direktorunun mövqeyini müdafiə edir. Hətta öz əxlaqsız hərəkətlərini sığortalamq üçün direktor Tapdıq İsayev məktəbin müəllimlərini də onu müdafiə etməyə məcbur edir. Onlar isə bunu etməyə məcburdular. Çünki məktəbdə anarxiya baş alıb gedir. Adı olan özü olmayan siniflər, saxtakarlıqla yazılıb keçirilməyən dərs saatları, işə gəlməyib ciblərdə olan maaş kartları bütün məktəbi gözükölgəli edib.
Mənim qızım Nurtac dərslərini yaxşı oxuyan savadlı və sağlam uşaqdır.
Əxlaqsızlıqla məşğul olan 60 yaşlı Tapdıq İsayevin məktəbdə direktor vəzifəsində işləməsi Azərbaycan təhsilinə ləkədir. Belə əxlaqsızın yeri zindan olmalıdır. Onun hazırda da bu vəzifədə qalması biabırçılıqdır. Bu hadisə bütün kəndi şoka salıb. Tapdıq İsayevin oğlu Nicat Bakı şəhərində Yol Polisi əməkdaşıdır.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə,  Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə və Təhsil Naziri cənab Emin Əmrullayevə müracət ünvanlayıb  xahiş edirəm, şagirdə əxlaqsız hərəkət təklif etdiyi üçün Ucar rayonu Pirkənd kənd tam orta məktəbin direktoru Tapdıq İsayevin barəsində qanunu və ciddi tədbir görəsiniz”.

Muxalifet.az
Redaksiydan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.