Məktəb direktorları “əlverişli növbə”də dərsə görə preyskurant müəyyən ediblər

Baxış sayı:
3466

15 sentyabrın - məktəblərdə ilk dərs gününün yaxınlaşması ilə bəzi valideynlər öz övladlarını Bakının mərkəzindəki rusdilli məktəblərin birinci siniflərinə qəbul etdirməyin yollarını axtarırlar. Belə ki, rus dilində tədrisin aparıldığı siniflərin pullu əsaslara keçirilməsi barədə deputatın bəyanatı ajiotaj doğurub. Valideynlər düşünürlər ki, bu təklif boşuna səslənməyib və dövlət tərəfindən qəbul ediləcək. Yeni qərar qəbul edildikdən sonra isə ödəniş haqqını birinci sinfə geden uşaqlardan alacaqlar. Odur ki, öz uşaqlarını yeniliklər qəbul edilməzdən öncə belə məktəblərə düzəltməyə çalışırlar.

Rusdilli məktəblərə şagird axını bu məktəblərdə yer çatışmazlığına səbəb olub. Və məktəblərdə ikinci, hətta üçüncü növbələrdə, saat 16:00-dan 20:00-a qədər dərs saatının açılmasına gətirib çıxarır. Bəzi məktəblərin direktorları sinfin birinci, hətta ikinci növbəyə təyin edilməsinə görə qanunsuz haqq alır. Üçüncü növbə pulsuzdur. Bu barədə kriminal mövzular üzrə ixtisaslaşan tanınmış jurnalist Facebook səhifəsində yazıb.

"Bizim 275 saylı məktəbin əvvəlki direktorunun təyin etdiyi növbəni valideynlər qəbul etmək istəmirdi. Sonra pul tələb etdi. O direktor işdən çıxarıldı. Ancaq buna qədərsə tam proqram üzrə özbaşınalıq etdi. Uşağı başqa məktəbə keçirmək üçün sənədləri mənə vermədi. Yarım saat içində sənədlər hazır olmasa, başına nələrin gələcəyini ona anlatdım. 10 dəqiqəyə bütün sənədlər hazır oldu. Əgər kimsə etiraz edirdisə, sözü bu idi: "hara istəyirsən, get şikayət elə", - valideyn Fəxri Ağayev yazıb.

Hazırda bu məktəbin yeni rəhbəri var. Hamı çox razıdır, - o əlavə edib.

Valideyn Ümidə Hüseynova bildirib ki, Bakıdakı 11 saylı məktəbdə sinfin "yaxşı növbəyə" təyin edilməsi üçün iyun ayından pul yığıblar.

Valideyn Bəhruz Salmanov da bunu təsdiqləyib: "Bəli, mən də bu yaxınlarda bilmişəm".

Turan agentliyi məsələ ilə öz mənbələri ilə maraqlanıb, uzun illər Bakının mərkəzindəki məktəblərdən birində çalışan müəllimin fikrini öyrənib. Mənbə deyib ki, əlverişli növbəyə görə rüsvət alınması "hər zaman olub".

Təhsil Nazirliyindən Turan-ın sorğusuna cavab olaraq bildiriblər ki, valideynlər nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət edə bilər. Əgər araşdırma zamanı rüşvət faktı təsdiqlənərsə, günahkar cəzalandırılacaq.