​Məkkədən Mədinəyə 1 saat 20 dəqiqəyə...

Baxış sayı:
235

Həcc və Ümrə ziyarətçilərinin dini ayinlərini rahat yerinə yetirmələri üçün Məkkə və Mədinə şəhərləri arasında sürətli dəmiryol xətti istifadəyə verilib.
Muxalifet.az xəbər verir ki, oktyabrın 11-də Yaxın Şərqin ən böyük nəqliyyat layihələrindən biri olan Harameyn dəmiryolu xəttində sürət qatarlarının ilk səfəri həyata keçirilib.
Krallığın büdcəsinə 2 milyard dollara başa gələn sürətli dəmiryol xətti ildə 60 milyon insana xidmət göstərəcək. Uzunluğu 460 kilometr olan bu xətt sənaye bölgələrini, hava limanını və şəhər mərkəzlərini birləşdirir. Avtomobillə 4-5 saatlıq yolu bundan sonra qatarlar saatda 300 kilometr sürətlə 1 saat 20 dəqiqəyə qət edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən il 2 milyon 400 minədək həcc və 7 milyon nəfərə yaxın ümrə zəvvarını qəbul edib.