Məkkədəki terakt cəhdinə ilk reaksiya Qətərdən gəldi

Qətər Məkkədə Məscid ül-Həram yaxınlığında ötən günkü terakt cəhdini pisləyib.
 
Bu barədə bəyanatı Qətər Xarici İşlər Nazirliyi yayıb.
“Bu terakt cəhdi milyonlarla müsəlmanın hisləri ilə oynamaqdır. Biz yenidən terrorizmə qarşı sərt mövqeyimizi bəyan edirik”, – deyə rəsmi Dohanın bəyanatında yer alıb.
Qeyd edək ki, ötən gün Məkkədə iki, Ciddədə bir terakt həyata keçirmək istəyən qruplar zərərsizləşdirilib. Məkkədə bir terrorçu-kamikadze ələ keçməmək üçün özünü partladıb, 3 terrorçu isə həbs edilib.
Xüsusi təyinatlılar arasında yaralıların olduğu bildirilsə də, rəsmi açıqlamada bu barədə məlumat verilməyib./Axar.az