Məkkədə 'İran' zirvəsi: Səudiyyənin hədəfi nədir?

Baxış sayı:
3538

Səudiyyə Ərəbistanı da ABŞ-ın İranı mühasirə əməliyyatına qatılıb. Ər-Riyad rəhbərliyi mətbuat vasitəsi ilə İrana qarşıc “nöqtə əməliyyat” istərkən, Körfəz Əməkdaşlıq Şurasını və Ərəb Liqasını 30 mayda qeyri-adi bir zirvə toplantısına çağırıb. Səudiyyə “təhlükəsizlik və sabitlik” zirvəsini Məkkədə keçirməklə İranın mühasirəsinə dini məna da vermək istəyir.
 
"İRANI ƏNGƏLLƏYİN” ÇAĞIRIŞI
 
Səudiyyə ƏrəbistanıNIN Xarici İşlər Naziri Adil əl-Cubeyr də dünən etdiyi bir açıqlama ilə İranı hədəf alıb. Cubeyr İranı bölgəni sabitsizləşdirməkdə ittiham edib və beynəlxalq ictimaiyyəti İranı bölgədə əngəlləməyə çağırıb. Cubeyr Səudiyyə neft tankerlərinə yönəlik sabotajdan sonra bölgədə müharibə istəmədiklərini, ancaq tərəflər müharibə seçərsə, bütün gücləri ilə cavab verməyə hazır olduqlarını söyləyib.
31 may-1 iyunda keçiriləcək zirvə toplantısının əvvəl tarixə, yəni 30 may tarixinə alınmasının Səudiyyə Ərəbistanının mesaj vermə narahatlığı ilə əlaqəli olduğu qeyd edilir. Səudiyyə administrasiyası ardıcıl olaraq üç zirvəni təşkil etməklə, Vaşinqtonda “İslam dünyası əmrimdədir” fikrini yaratmaq və İrana qarşı ortaq cəbhənin lideri olmaq istəyi ilə bağlı olduğu bildirilir.
Müxalifət.az