MKİ Türkiyədəki casusuna qəzəblənib: “ƏFƏL”

Baxış sayı:
2323

ABŞ-la Türkiyə arasında böhrana səbəb olan keşiş-casus Brunsona 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) tapşırıq gəldiyi ortaya çıxıb.
 
ABŞ-a “GERİ QAYIT” ÇAĞIRIŞI
 
Keşiş adı altında Türkiyədə terror təşkilatları FETÖ və PKK ilə münasibət quran, xəndək mübarizəsi dövründə Suriyanın Kobani bölgəsinə gedən Brunsona xain çevriliş cəhdi müvəffəqiyyətsiz olunca, MKİ tərəfindən "Türkiyədən çıx və dərhal ABŞ-a dön" şəklində müraciət edildiyi müəyyən olunub.
 
TUTULACAĞINI BİLİRDİLƏR
 
MKİ-dən əmrin Brunsona verilməsi səbəbi isə 15 iyuldan sonra çirkli şəbəkələri ortaya çıxan FETÖ-nun ABŞ-dakı əlaqələrinin ifşa olma qayğısı kimi qiymətləndirilir. MKİ-nin Brunsonun tutulduğu təqdirdə bütün oyunu ifşa edəcəyindən ehtiyatlanıb, bu həmləni etdiyi bildirilir. Ancaq Brunson MKİ-nin bu çağırışına ləng uyduğu üçün yaxalanıb.
 
MKİ CASUS BRUNSONA HİRSLƏNİB: “ƏFƏL”
 
“Axşam” qəzetinə danışan mənbələr, baş verən bu proseslərdən sonra MKİ-nin öz casusu Brunsona qəzəblənərək onu "Əfəl, ikinci sinif casus" deyə, adlandırdığını bildirib.
 
TÜRKİYƏYƏ GƏLİB, CASUSLUĞA BAŞLADI
 
Keşiş Endryu Brunson haqqında danışan mənbələr onun ABŞ-dan Türkiyəyə casus kimi getmədiyini, ancaq Türkiyədəki FETÖ, PKK əlaqələri səbəbindən MKİ-nin “əhatə dairəsinə” girdiyini bildirib. MKİ-nin keşiş Brunsonun əlaqələrini istifadə etmək üçün onu casusluq fəaliyyətlərinə cəlb etdiyi müəyyən olunub.
Müxalifət.az