MKİ Türkcə bilən agent axtarır! MAAŞI DODAQ UÇUQLADIR

Baxış sayı:
5764

2001 11 sentyabr hücumlarından sonra terrorla əlaqəli olan şübhəliləri qaçırıb, girov götürmə və işgəncədən keçirmək proqramının rəhbərlərindən biri olan Gina Haspel, ABŞ prezidenti Donald Tramp tərəfindən MKİ rəhbərliyinə gətirilməsindən təşkilatın yeni strategiyasını açıqlayıb.
 
11 SENTYABRDAN ƏVVƏLƏ, GERİYƏ DÖNÜŞ
 
MKİ direktoru, 11 sentyabrdan əvvələ geriyə dönüş edəcəklərini və yenidən ABŞ-a rəqib milli dövlətlərə qarşı casusluq fəaliyyətlərinə diqqət yetirəcəklərini bildirib.
 
ƏN ÇƏTİN BEYNƏLXALQ MƏSƏLƏLƏRƏ KƏŞFİYYAT ÇEVRƏSİ
 
Casuslarla analitiklərin ən ağır, ən çətin məsələlərlə bağlı kəşfiyyat məlumatları toplamağa daha çox diqqət yetirəcəyini dilə gətirən Haspel, “Rəqib milli dövlətlərə yönəlməyi artırırıq” vurğusunu edib.
 
ƏRƏB, ÇİN, FARS, TÜRK DİLLİ CASUSLAR AXTARILIR
 
Bu baxımdan xüsusi olaraq ölkə adı çəkməyən Haspel, digər tərəfdən, xarici dil ixtisası olan casusları əllərində tutmaq, yenilərini hazırlamaq və cərgələrinə qatmağın prioritetləri arasında olduğunu bildirib. MKİ direktoru, xüsusilə Ərəb, Çin, Fars və Türkcə danışan agentlər axtarıldığını vurğulayıb.
MKİ bu casuslara başlanğıc olaraq 63 min dollardan 106 min dollara qədər maaş veriləcəyini açıqlayıb.
Müxalifət.az