​MKİ: “Şimali Koreya ABŞ-ı vuracaq”

Vaşinqton Şimali Koreyanın tezliklə ABŞ ərazisinə raket zərbəsi endirməsinə hazır olmalıdır.
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo söyləyib. Onun sözlərinə görə, Pxenyan üzərində beynəlxalq təzyiqin olmaması son zamanlar raket hücumu ehtimalını artırıb:
“Ona görə də biz yalnız bu addımın qarşısını necə alacağımız barədə düşünməliyik. Donald Tramp hücumun qarşısını almaq üçün silahlı qüvvələrdən istifadə etmək niyyətindədir, lakin bu addımın nə vaxt atılmasının lazım olduğunu müəyyən etmək çətindir”.