MKİ senatorları inandırdı: Səudiyyə şahzadəsinin mal varlığı dondurulacaq

Baxış sayı:
12493

Türkiyə Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanı tərəfindən qətlə yetirilməsinə dair məlumatları beynəlxalq arenada bölüşərək vəliəhd şahzadə Məhəmməd bin Salmanı lap küncə sıxışdırıb. Məlumatların birbaşa beynəlxalq ictimaiyyət və ölkələrlə paylaşılması şahzadəni müdafiə edən pul baronlarının da əlini boşa çıxarır. Türkiyənin MKİ direktoru Gina Haspelə verdiyi, xüsusi ilə də mişar dəlili, Amerikalı senatorları hərəkətə keçirib. Qapalı iclasda MKİ başçısını dinləyən senatorlar Türkiyənin ona verdiyi dəlillərin başında gələn mişar məsələsinə köklənərək cinayətin bin Salmanın məlumatı daxilində işləndiyini düşünməyə başlayıblar.
 
Qısa müddət öncə MKİ direktoru Gina Haspel Qaşıqçı cinayəti mövzusunda çıxışı üçün Senatın Kəşfiyyat Komissiyasına çağırılıb. Son anda onun deyəcəklərindən qorxan prezident Tramp  səlahiyyətindən istifadə edərək komissiyaya getməsini əngəlləyib.
“Habertürk”-ün müəllifi Sərdar Turqutun yazısına görə, Trampın bu addımı Senatda böyük təpkiyə səbəb olub. Linsdlay Qrehem kimi Trampa yaxın Respublikaçı senator belə "MKİ direktoru Haspel Senata gələnə qədər heç bir qərarı məndən keçirə bilməzlər" deyə ultimatumunu verib.
 
Tramp geri addım atdı
 
İki partiyadakı təpkilər birləşib yüksələndə Tramp geri addım atmaq məcburiyyətində qaldı. Çərşənbə günü MKİ rəhbəri Haspel Senata gedib, bağlı qapılar arxasında Senat liderlərinin və komissiya sədrlərinin toplaşdığı bir iclasda Qaşıqçı cinayəti ilə bağlı MKİ-nin hesabatı dinlənilib.
 
Bin Salmanın ipini çəkəcəklər
 
Bu mərhələdən sonra Vaşinqtonda Amerika Konqresinin Məhəmməd bin Salmanın ipini tezliklə çəkəcəyi gözləntisi hakimdir.
Senatda keçirilən iclas gizli dövlət məlumatlarının danışıldığı mətbuata qapalı bir toplantı olduğuna görə tam olaraq nə danışıldığı sadəcə iştirak edən məxfilik andı altındakı senatorların bildiyi bir şeydir. Amma MKİ bu günə qədər milli təhlükəsizlik müəlliflərinə elə məlumatlar sızdırıb ki, sadəcə bunlar da Qaşıqçı cinayətinin birbaşa bin Salmanla bağlı olduğu qənaətinin hasil olduğunu göstərir.
 
Mesajlaşma şəbəkəsi aşkar edilib
 
Məsələn, MKİ ən son olaraq bin Salmanın Qaşıqçı cinayətinin olduğu gün İstanbulda yerləşən edam qrupu ilə cinayət öncəsi və sonra tam 11 dəfə mesajlaşdığını müəyyən edib. Senatorlar xüsusilə cinayət qrupunun özləri ilə gətirmiş olduğu və Türkiyə tərəfindən müəyyən edilərək MKİ-yə məlumatı verilən mişar barədə suallar veriblər.
Konqres qısa müddət ərzində bin Salmanı Qaşıqçı cinayətilə bağlı birbaşa günahlandıracaq və Trampın bin Salman ilə əlaqəsini kəsməsini istəyəcək.
 
Bin Salmanın mal varlığına əl qoyulacaq
 
Bunlarla yanaşı, Magnitsky Qanunu ətrafında bin Salmana birbaşa sanksiyalar tətbiq olunacaq və ABŞ-dakı varlıqlarına əl qoyulacaq.
Bundan ən böyük zərbəni Amerikanın Səudiyyə Ərəbistanı və İsraillə qurduğu Yaxın Şərqə yönəlik əməkdaşlıq strategiyası alacaq.
Konqres bu işin arxasını buraxmayacaq, amma Ağ Evin reaksiyasının da nə olacağı maraqla gözlənilir Vaşinqtonda.
Müxalifət.az