MKİ rəhbərliyinə gətirilən SİRLİ QADIN

Baxış sayı:
9880

ABŞ prezidenti Tramp, Reks Tillersonı vəzifədən azad edib, yerinə MKİ rəhbəri Mayk Pompeonu təyin etdi. MKİ direktorluğuna gətirilən şəxs isə Gina Haspel oldu. Haspel ABŞ tarixinin ilk qadın MKİ direktorudur.
 
1985-ci ildə MKİ tərkibinə qatılan Gina Haspel,  2017-ci il fevralında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorunun müavini vəzifəsinə gətirilmişdi. 62 yaşlı Haspel, Pompeoya ən yaxın şəxs kimi tanınır.
Haspel, MKİ direktoru müavini vəzifəsinə gətirilmədən əvvəl Tailandda yerləşən MKİ həbsxanasını idarə edirdi.
Haspelin adı, 2002-ci ildə Tailandda Əl Qaydalı terrorçulara "waterboarding" işgəncəsinin tətbiq olunduğu bir ABŞ kompleksini idarə etdiyi iddiaları ilə anılmışdır.
Haspel, terrorizmlə mübarizə sahəsində bir çox mükafata da sahibdir.
 
MKİ AGENTİ İDDİALARI
 
Kəşfiyyat məlumatları toplama, analiz, gizli fəaliyyət, əks-kəşfiyyat və xarici xidmətlər ilə bağlı əməliyyatlarda çox önəmli bir casus olduğu iddia edilirdi.
 
İRAN, TUNİS VƏ MİSİRDƏKİ İĞTİŞAŞLARIN ARXASINDAKI ŞƏXS
 
Haspelin İran, Tunis, Misir və bir çox şərq ölkəsində baş verən iğtişaşların arxasındakı şəxs olduğu iddia edilirdi.
Müxalifət.az