MKİ Qaşıqçının dostlarına xəbərdarlıq etdi: Təhlükə...

Baxış sayı:
4759

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Camal Qaşıqçının 3 yaxın dostuna ölüm təhdidləri ilə bağlı xəbərdarlıq edib.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə İngiltərənin “Taym” qəzetində məqalə dərc edilib. Məqalədə MKİ-nin Qaşıqçının yaxın dostları və onların ailəsi üçün ciddi həyati təhlükə olduğunu ehtimal etdiyi yazılıb.
Qaşıqçının dostlarından ikisinin Norveçdə yaşayan və jurnalist kimi fəaliyət göstərən İyad əl-Bağdadi və Ömər Əbdüləziz olduğu, təhlükəsizlik məqsədilə üçüncü şəxsin adının açıqlanmadığı bildirilib.
Məqalədə sözügedən şəxslərin cinayətin aydınlaşdırılması üçün apardıqları araşdırmalara və şahzadə Salmanın qətllə əlaqəsi olduğuna diqqət çəkdiklərinə görə hədəfə çevrildikləri qeyd edilib.
Məqalədə həmçinin MKİ-nin adı çəkilən 3 şəxsə Səudiyyə Ərəbistanı hakimiyyətinin təsiri olduğu Avropa və Asiya ölkələrinə getməmək barədə xəbərdarlıq etdiyini iddia edib.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı ötən ilin oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.