MKİ Barselonadakı terror aktı barədə məlumatlı olub

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MİK) Barselonada terror hücumlarının təhlükəsi barədə iki ay əvvəl İspaniya polisinə məlumat verib.
 
Bu barədə Trend "El Periodico" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 119 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.