MKİ: “ABŞ-dakı seçkilər ORİJİNAL DEYİLDİ, RUSLARLA BAĞLIDIR”

2016-cı ildə ABŞ-da baş tutan seçkilər orjinal deyildi.
 
Bunu MSNBC televiziyasına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib.
“Kəşfiyyat deyirdi ki, bu seçki ruslarla bağlıdır və açığını desəm orjinal deyildi. Onlar buna uzun illər ərzində nail olublar. Rusiya on illərdir ki, Amerikanın demokratiyasını dağıtmağa çalışır” – deyə o bildirib.
Pompeo ABŞ-dakı prezident seçkisinə müdaxilə əmrinin birbaşa Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilməsi sualını cavablandırmayıb.
Qeyd edək ki, ABŞ bundan öncə dəfələrlə Rusiyanı ölkədəki prezident seçkisinə müdaxilədə ittiham edib. Vaşinqtonun iddiasına görə, Moskva öz müdaxilələri ilə Donald Trampı hakimiyyətə gətirmək istəyib. Tramp və Moskva bu ittihamları rədd edib./axar.az