​Əməkdar artistin ölüm SƏBƏBİ AÇIQLANDI - FOTO

Baxış sayı:
8431

Ötən gün vəfat edən Gəncə Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Nağəddin Məmmədovun ölüm səbəbi bilinib.
Bu barədə "Ölkə.Az"-a teatrda verilən məlumatda qeyd edilib ki, aktyorun başında onkoloji şiş var imiş:
"Hər gün işə gəlirdi. Amma vəfat edən gün gəlməmişdi. Evdə özünü pis hiss etdiyini deyib. Cəmi bir-iki saat sonra vəfat edib".
Qeyd edək ki, N.Məmmədovun 52 yaşı var idi.