​Əməkdar artistin oğlundan təqdirəlayiq hərəkət

Baxış sayı:
3906

ATV-də keçirilən "Vayn şou"nun qalibi məlum olub.
Muxalifet.az xəbər verir ki, yarışmanın qalibi Əməkdar artist Rəfael İsgəndərovun oğlu Fuad İsgəndərov olub.
O şəxsi instaqram hesabında yarışma ilə bağlı təəssüratlarını bölüşüb:
"Bu gün dostluq qalib gəldi.Bu iki ay ərzində bəzən məyus oldum, bəzən sevindim, amma ən böyük uğurum sizin sevginizi qazanmaqdır. Hər birinizə təşəkkür edirəm".
Qeyd edək ki, F.İsgəndərov yarışmada mükafat kimi verilən motosikleti onunla bərabər müsabiqədə iştirak etmiş nitq qüsurlu videobloqqer Mahmud Səfərova hədiyyə edib.