Əməkdar artistin heç yerdə görmədiyiniz - Fotosu

Baxış sayı:
2308

Əməkdar artist Ayşad Məmmədov və tanınmış aktrisa Zemfira Əbdülsəmədovanın cavanlıq fotosu üzə çıxıb.
Muxalifet.az xəbər verir ki, Zemfira Əbdülsəmədova rəsmi İnstaqram səhifəsində sözügedən fotonu paylaşaraq bu sözləri yazıb:
“Edvard Olbinin “Hər şey bağdadır” tamaşasından. Rejissor Vaqif Abbasovun (böyük rejissor idi, zamanında onun işlərini görənlər bunu yaxşı bilirlər) quruluşunda 3-cü kursda oynadığımız bu tamaşa böyük səs-küyə səbəb olmuşdu. Ayşad Məmmədovla. Necə də gənc və arıq idim”.
Qeyd edək ki, Zemfira Əbdülsəmədova hazırda həftəiçi hər gün 21:45-də ATV telekanalında yayımlanan “Qara yazı” serialında rol alır.