Əməkdar artist: "Sənətdə irəliləmək üçün ya arxan olmalıdır, ya da..."

"Sənətdə irəliləmək üçün istedaddan, çalışqanlıqdan başqa həm də şans və arxan olmalıdır".

Muxalifet.az big.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Naibə Allahverdiyeva Murad Arifin "Status" verilişində deyib.

Aktrisa bildirib ki, sənətdə irəli getmək üçün dəstək olan insan mütləqdir:

"30 ildir sənətdəyəm. Çox şeylər görmüşəm. Gənclik illərim olub ki, bəzi "prima" aktrisalar sayəsində kənarda qalmışam. Oynaya biləcəyim rolları oynamamışam. Rejissor aktrisanı sevə bilər. Hər rejissorun bir sevimlisi var. Hər şey də bundan irəli gəlib. Rejissor sənət xatirinə düşmən olduğu aktrisaya belə rol verməlidir, amma etmir".