​Əməkdar artist: “Elariz məni sevirdi, hətta mənə...” - Video

Baxış sayı:
12640

Əməkdar artist Mehriban Xanlarova aparıcısı olduğu “Canım sizə desin” verilişində müğənni Elariz Məmmədoğlu ilə bağlı etiraf edib.
Muxalifet.az - ın məlumatına görə, aktrisa bildirib ki, Elariz onu sevirmiş: “İndi özünü elə aparır ki, guya bundan sakit, fağırı yoxdur. Elə bil ki, universitet illərində mənə sevgi etirafları edən adam deyil. Dərdimdən sino gedirdi. Bəlkə elə deyil?”
Mehriban Xanlarovanın sözlərinə Elariz Məmmədoğlunun da cavabı anında olub: “Nə olsun? İndi peşman olmusan. Gözlərindən oxuyuram”.
Mehriban isə “Niyə peşman olum ki? Gül kimi evim-eşiyim, sizin kimi dostlarım var” deyə cavab verib.
İfaçı isə “Ev-eşik daş-divardı. Mənsə daş-divar deyiləm axı” deyərək fikrini başa çatdırıb.