​“Əmək haqları Azərbaycanda azdır. İndiki maaşla dolana bilmirik..” – Fazil Mustafa

Baxış sayı:
9553

Depuatların əmək haqqlarının nə qədər olmasını mən dəqiq deyə bilmərəm. Bu beş min də, on min də ola bilər. Əmək haqları arzuyla müəyyən olunmur.
Bunu millət vəkili Fazil Mustafa deputatların maaşlarının artırılmasına münasibət bildirərkən deyib. F.Mustafa həmkarı Qüdrət Həsənquliyevin maaşlarla bağlı fikirlərinin də media tərəfindən təhrif olunduğunu bildirib:
“Qüdrət Həsənquliyev çıxışında bildirmişdi: “Əmək haqları Azərbaycanda azdır. Deputatın maaşı 8 min, Milli Məclis sədrinin maaşı 10 min, prezidentin maaşı 15 mindirsə, həkimin də, müəllimin də maaşı 5 min olmalıdır”. Bunu da media təhrif edib, ancaq “deputatlara yüksək maaş tələb olunur” deyə yanlış məlumat kimi insanlara çatdırdı. Bu da Azərbaycan mediasında peşəkarlığın aşağı olmasından irəli gələn bir məsələdir. Yəni mətni biri yazır və digərləri də onu götürüb paylaşır. Çıxışda məqsəd o idi ki, əhalinin maaşı qalxsın. İnsanların maaşı çox aşağıdır və bu maaşla və ya təqaüdlə dolanışıq imkanına sahib deyillər. Bunu millət vəkili dilə gətirdi, amma onu insanlara başqa cür çatdırdılar”.
F.Mustafa deyib ki, indiki maaşla heç kim dolana bilmir:
“İndiki maaşla nə məmur, nə həkim, nə də müəllim yaşaya bilir. Bir dəfə həkimə gedib MRT etdirmək üçün 140-150 manat pul ödəməlisən. Dədələrinin qiymətini üstünə qoyublar. Ayda 170 manat maaş alan müəllim həkimə getsə, sabaha yeməyə çörək tapacaqmı? Bunu düşünən yoxdur. Ümumiyyətlə, təhlilsizlik insanların öz xeyrinə olan fikirləri belə topa tutmağa imkan yaradır”.