Mixeil Saakaşvili Gürcüstana qayıdacağını AÇIQLADI

Baxış sayı:
11965

“Qarşıdakı aylarda Gürcüstana qayıdacağam”. Muxalifet.az-ın xəbərinə görə, bunu Gürcüstanın “Mtavari Arxi” telekanalına müsahibəsində bu ölkənin sabiq prezidenti Mixeil Saakaşvili deyib. O qeyd edib ki, ölkəyə qayıtdıqdan sonra həbs edilib-edilməməsinə ancaq gürcü xalqı qərar verə bilər: “Qarşıdakı aylarda Gürcüstana qayıdacağam. Heç nə gizli deyil. Ukraynada özümü yaxşı hiss edirəm, amma öz vətənimi itirirəm”.//Apa.az