Mixail Qorbaçov deputatlığa namizəd oldu - İndoneziyada

Baxış sayı:
8830

İndoneziyalı siyasətçi Mixail Qorbaçov ölkədəki parlament seçkisində öz namizədliyini irəli sürüb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, 1986-ci il təvəllüdlü Mixail Qorbaçov Dom niyə ona SSRİ-nin eks-prezidentinin adının verildiyini açıqlayıb:

"Valideynlərim qızları olacaqlarına əmin idilər, ona görə də oğlan üçün ad hazırlamamışdılar. Bir həftə sonra valideynlərim Qorbaçov adını qəzetdə gördülər. Atam hesab edirdi ki, bu qəşəng ad olacaq. Ona görə də onlar düşünürdülər bu adı oğullarına vermək olar. Hazırda siyasətlə məşğul olduğuma görə bu ad xeyrimə işləyir".

Qeyd edək ki, İndoneziyada ümummilli seçkilər aprelin 17-də keçiriləcək. Seçkidə ilk dəfə eyni anda prezident, vitse-prezident, deputatlar, bələdiyyələr seçiləcək.