​"Mitsubishi" 161 min avtomobili geri çağırır

Yaponiyanın "Mitsubishi Motors" avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobil geri çağırılıb.
"Associated Press" xəbər verir ki, avtomobillərin geri çağırılmasına mühərrikdə yaranan problem olub.
Geri çağırılan avtomobillər 2015-2017-ci illərdə istehsal olunan "Outlander" və "Lancer" modellərdir. Mühərriklərində problem olan avtomobillər əsasən ABŞ-da və Kanadada satılıb.
Şirkət mühərrikdə olan qüsuru ödənişsiz aradan qaldırmağı öhdəsinə götürüb.