MİT terrorçulara yardım edən məchul Amerikalının izinə düşdü: Əməliyyat üçün düyməyə basıldı

Baxış sayı:
2851

Türkiyənin Reyhanlı rayonunda 53 nəfərin ölümünə səbəb olan bombalı hücumun təşkilatçısı olan terrorçu Yusif Nazikin sorğusunda etiraf etdiyi əsrarəngiz Amerikalının izinə düşülüb. Hüquq-mühafizə orqanları müəyyən etdikləri iki ayrı nöqtədə əməliyyat hazırlığı etdiyi ibildirilir.
 
Sorğuda əlaqələri haqqında danışan terrorçu Nazik, regionda yerləşən digər ölkələrin xüsusi xidmət orqanları ilə də əlaqəsi olduğunu söyləyərkən, bu ifadələrdən sonra iki ayrı nöqtəyə əməliyyat hazırlığı başladığı bildirilir.
 
TƏHLÜKƏSİZLİK KAMERASI GÖRÜNTÜLƏRİ ƏLDƏ OLUNUB
 
Yusif Nazikin verdiyi adlar içində diqqəti çəkən, yaxşı dərəcədə Türkcə və Kürdcə bilən Amerikalının izinə düşüldüyü də bildirilib. Amerikalının təsbiti üçün çalışan 40 nəfərlik xüsusi qrupun, Amerikalının izinə Suriyada düşdüyü bəlli olub. Suriyadakı bəzi təhlükəsizlik kamerası qeydlərini ələ keçirən MİT, həmin fotoları Yusif Nazikə şəxsiyyətini təsdiq etmək üçün apardığı bildirilib.
Müxalifət.az