MİT PKK-nın Suriya planını pozdu - FOTO

Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatı (MİT) PKK terror təşkilatının xain planının qarşısını alıb.
 
Türkiyə KİV-i xəbər verir ki, Mardin vilayətinin Nusaybin mahalında MİT-in bölgə üzrə idarəsinin keçirdiyi əməliyyatın gedişatında 40 metr uzunluğundakı tunel tapılıb.
Hələ də qazılmaqda olan tunellə Suriyadan Mardin vilayətinə silah-sursat və canlı qüvvənin daşınması planlaşdırılırdı./publika.az